25 C
Baku
27 İyul 2024, 5:06
Hadisə

Elon Musk OpenAI və onun baş direktoru Sam Altmanı məhkəməyə verdi

Bugun.tv xəbər verir ki, San-Fransisko Məhkəməsinə verilən işin şikayət ərizəsində Altman və OpenAI həmtəsisçisi Greg Brockman’ın 2015-ci ildə Musk ilə əlaqə saxladıqları və “bəşəriyyətin xeyrinə” süni intellekt inkişaf etdirəcək qeyri-kommersiya laboratoriyası qurmağa razılaşdıqları iddia edilib.

Şikayət ərizəsində, OpenAI-nin həmtəsisçisi Maskın 2018-ci ildə şirkətin direktorlar şurasından istefa verdiyi, lakin təsis müqaviləsi əsasında OpenAI-ya töhfə verməyə davam etdiyi və şirkət haqqında yenilikləri Altmandan aldığı bildirilib.

Müraciətdə iddia edilirdi ki, OpenAI öz internet saytında müqaviləsinin “süni intellektin bütün bəşəriyyət üçün faydalı olmasını təmin etmək üçün” olduğunu bəyan edib. Lakin əslində OpenAI dünyanın ən böyük texnologiya şirkəti olan Microsoft-un törəmə şirkəti olub.

Müraciətdə şirkətin bəşəriyyətin xeyrinə deyil, Microsoft-un gəlirlərini maksimuma çatdırmaq üçün süni intellekt hazırladığı vurğulanıb. OpenAI-nin Microsoft-un mənfəətini maksimuma çatdırmağa diqqət yetirməsinin müqaviləni pozduğu qeyd edilib.

Mənbə trthaber

Bugün TV

Oxşar xəbərlər

Qayığın batması nəticəsində 6 nəfər öldü

Bugün TV

Tayyar Öz – Özlem Öz cütünün və 12 adamın mal varlığına əl qoyuldu

İntizar Əmirova

Misirə 3000-dən çox avtomobil daşıyarkən yanan gəmi limana çəkildi

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu