Bugun.tv xəbər verir ki, Əməkdar həkim Tofiq Mehdiyev 70 illik yubileyi münasibətilə“Fəxri diplomla” təltif edildi.
“Yeni Gundem”in məlumatına görə, Sağlamlığın Qorunması İB-nin sədri t.ü.f.d. Yazgül xanım Abdiyeva tibb elmləri doktoru, əməkdar həkim Mehdiyev Tofiq doktoru Səhiyyə sahəsində göstərdiyi xidmətlərə, səhiyyənin inkişaf etməsinə, əhalinin sağlamlığının qorunması sahəsindəki göstərdiyi fəaliyyətlərinə görə və 70 illik yubileyi münasibətilə“Fəxri diplomla” təltif etmişdir. Mehdiyev Tofiq Vahid oğlu 1953–cü ildə Şəki rayonunda anadan olmuşdur. 1976–cı ildə Azərbaycan Tibb Universitetini bitirərək həkimlik fəaliyyətinə başlaməşdır. Şəki Rayonlararası Endokrinoloji Dispanserdə baş həkim, Şəki Rayon Mərkəzi xəstəxanasının endokrinologiya şöbəsinin müdiri vəzifəsində çalışmışdır. Yanaşı olaraq Bakı Dövlət Universitetinin Şəki filialında pedaqoji fəaliyyət göstərir. 6 monoqrafiya, 5 metodik tövsiyə, 80–dan artıq elmi işləri müxtəlif elmi jurnallarda, o cümlədən xarici ölkələrdə nəşr olunmuşdur. “Şəkərli diabet” və “Şəkərli diabetdə düzgün qidalanma” adlı dərs vəsaitləri tibb universitetinin tələbələri və həkimlər üçün dəyərli elmi mənbə hesab olunur. Bir şox beynəlxalq konfranslarda mühazirələrlə çıxış etmişdir. Azərbaycanda nəşr olunan “Urologiya və Reproduktiv Təbabət” və “Metobolizm” jurnalının redaksiya heyətinin üzvüdür. “SSRi Səhiyyə Əlaçısı” döş nişanı, “Azərbaycan Respublikasının Əməkdar həkimi” fəxri adı ilə təltif olunmuşdur.