21 C
Baku
11 İyun 2025, 3:06
Siyasət

Prezidentin köməkçisi İsrail Xarici İşlər Nazirliyinin nümayəndə heyətini qəbul edib

Yanvarın 17-də prezidentin xarici siyasət üzrə köməkçisi Hikmət Hacıyev İsrailin bir qrup yüksək vəzifəli diplomatını qəbul edib.

O, Twitter hesabında yazıb ki, İsrail Xarici İşlər Nazirliyinin siyasi direktoru Aliza Bin Nou və Xarici İşlər Nazirliyinin baş direktorunun müavini Coşua Zarka ilə görüşüb.

Görüş Nobel qardaşlarının Bakıdakı ev-muzeyində keçirilib.

Görüş zamanı ikitərəfli münasibətlərin inkişafı məsələləri və regional problemlər müzakirə edilib.

Görüşdə Azərbaycanın İsraildə yeni təyin olunmuş səfiri Muxtar Məmmədov da iştirak edib.

Xəbər verildiyi kimi, yanvarın 16-18-də Bakıda İsrailin Avrasiya ölkələrindəki səfirlərinin görüşü keçirilir. Müzakirə mövzuları bunlardır: Ukraynada müharibə, İran amili fonunda regional problemlər və 2023-cü il üçün planlar.

Daha öncə bu müşavirənin Moskvada keçirilməsi planlaşdırılmışdı.

Sevinc Sadıqova

Oxşar xəbərlər

“Maliyyə ehtiyatlarımız borcumuzu 14 dəfə üstələyir”

Aynur Camal

ABŞ 11 İran rəsmisinə sanksiya tətbiq etdi

Nigar Məmmədova

Elşad Həsənov: “Ermənistan bu səbəbdən sülh istəmir” – ŞƏRH

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu