Dünya

“Endurance” gəmisinin qalıqlarını qorumaq üçün Antarktidada xüsusi sualtı zona yaradıla bilər

Bugun.tv xəbər verir ki, alimlər və təbiəti mühafizəçilər məşhur qütb tədqiqatçısı Ernest Şekltonun 1915-ci ildə Antarktidada batan “Endurance” gəmisinin qalıqlarının qorunması üçün regionda ilk xüsusi mühafizə olunan sualtı ərazinin yaradılmasını təklif ediblər.

Məlumata görə, gəmi 2022-ci ildə Antarktidanın Ueddell dənizində, təxminən 3 min metr dərinlikdə aşkar edilib. Bir əsrdən artıq müddətdə sərt iqlim şəraiti və aşağı temperatur gəminin böyük hissəsinin toxunulmaz qalmasına imkan verib.

Mütəxəssislər iqlim dəyişikliyi nəticəsində buz örtüyünün azalmasının və bölgəyə tədqiqat ekspedisiyalarının artmasının gələcəkdə tarixi gəmi qalıqları üçün risk yarada biləcəyini bildirirlər. Alimlər həmçinin gəmidə əvvəllər qeydə alınmayan ağacla qidalanan xərçəngkimilər növünün aşkar edildiyini qeyd edirlər.

Təklifə əsasən, “Endurance” gəmisinin yerləşdiyi ərazi Antarktidada xüsusi qorunan sualtı zona elan edilərsə, həmin bölgəyə giriş ciddi qaydalarla tənzimlənəcək və qalıqlar gələcək nəsillər üçün qorunacaq.

Alimlərin fikrincə, “Endurance” təkcə tarixi irs nümunəsi deyil, həm də iqlim dəyişikliklərinin dəniz ekosistemlərinə təsirini öyrənmək üçün mühüm elmi laboratoriyadır.

Mənbə: The Guardian

Aynur Camal

Oxşar xəbərlər

Melaniya Tramp MMA turnirində diqqət mərkəzində oldu

Aynur Camal

Neft tankerləri Hörmüz boğazına yönəlməyə başladı

Aynur Camal

Su-24M bombardman təyyarəsi qəzaya uğradı, iki pilot həlak oldu

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu