Bugun.tv xəbər verir ki, Cənubi Koreyada yaşayan 26 yaşındakı Yapon influenser Mina, 5 avqust tarixində sosial medya üzərindən canlı yayım zamanı intiharetdi. Səhər saat 06:33 radələrində Seulun Yonqsan rayonundakı evinə gələn hüquq-mühafizə orqanlarının əməkdaşları gənc qadının həyatını itirdiyini müəyyən etdilər.
Bir dostundan və yayımı izləyənlərdən daxil olan məlumatlardan sonra həmin ünvana polis briqadaları göndərilib. Səlahiyyətli qurumlar hazırda hadisə ilə bağlı şərtləri və ölümün dəqiq səbəbini müəyyən etmək məqsədilə hərtərəfli araşdırma aparırlar.

Bu hadisənin mərkəzində Minadan başqa ENHYPEN üzvü NI-KI-nin adıda keçir. İddia olunur ki, NI-KI-nin əvvəllər səsləndirdiyi müəyyən fikirlər gənc qadını bu addımı atmağa sövq etdirib.
Qeyd edək ki, Mina uzun müddətdir NI-KI-ni dəstəkləyən sadiq bir pərəstişkar idi. O, hətta NI-KI-ni daha yaxından izləmək üçün Cənubi Koreyaya köçmüş və NI-KI-nin tövsiyəsinə əsasən, HYBE-ın baş ofisinin yerləşdiyi Yonqsan rayonunda yaşamağa qərar vermişdi.
Müxbir: Şəms Şibli
