24 C
Baku
11 Sentyabr 2025, 2:47
DünyaSəhiyyə

Epidemiyadan həyatını itirənlərin sayı 118-ə çatdı

Bugun.tv xəbər verir ki, Nigeriya menenjit epidemiyası ilə mübarizə aparır. Xəstəlikdən həyatını itirənlərin sayı 118-ə yüksəlib. Epidemiyadan ən çox təsirlənən yaş qrupunun isə 5-14 yaş olduğu deyilir.

Bu barədə ölkənin Xəstəliklərə Nəzarət Mərkəzindən açıqlama verilib. Bildirilib ki, 22 ştatda, eləcə də paytaxt Abucada menenjit epidemiyası yanvarın 1-dən  yayılmağa başlayıb. Bu müddət ərzində 1479 şübhəli nəzarətə götürülüb. Onlardan 235-nin testinin cavabı müsbət çıxıb.

Nigeriya hökuməti 2030-cu ilə qədər xəstəliyi məğlub etmək üçün əlindən gələni edəcəyini bildirib.

Qeyd edək ki, beyindən başlayaraq bütün bədənə təsir edən menenjit hava yolu ilə də keçə bilər.

Mənbə: TRT haber

Nigar Məmmədova

Oxşar xəbərlər

Wipha tayfunu Honq Konqa təsir edir

Aynur Camal

Okeandakı hava hadisələri 5 ay əvvəldən proqnozlaşdırıla bilər

Aynur Camal

İspaniya tətil icarələrini ləğv edəcək

Sevinc Sadıqova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu