Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, Ankara gələn ilin əvvəlindən Ermənistanla münasibətlərin normallaşması prosesində “simvolik addımlar” atacaq.
Ərdoğanın sözlərinə görə, Azərbaycan və Ermənistan sülh sazişinin imzalanmasına heç vaxt olmadığı qədər yaxındır və bu proses fonunda Türkiyə də İrəvanla dialoqu davam etdirir. O, çıxışını Ankarada Türkiyə səfirlərinin iştirakı ilə keçirilən konfransda edib.
Türkiyə ilə Ermənistan arasında diplomatik münasibətlər yoxdur, sərhəd 1993-cü ildən bağlıdır. Normallaşma prosesi Bakı–İrəvan sülh danışıqlarının gedişindən asılı olaraq dəyərləndirilir. Daha əvvəl tərəflər arasında sərhədin üçüncü ölkə vətəndaşları üçün açılması ilə bağlı razılaşma əldə olunsa da, bu hələ reallaşmayıb.
Mənbə: mail.ru
