Dünya

İran ABŞ ilə atəşkəs müzakirələrini təkzib etdi

İran rəsmiləri ABŞ ilə atəşkəsin müzakirə edilməsi ilə bağlı iddiaları rədd edib.

Bugun.tv xəbər verir ki, İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin üzvü Yaqub Rezazadə ölkəsinin ABŞ-a atəşkəslə bağlı heç bir təklif göndərmədiyini bildirib.

O, yerli ISNA agentliyinə açıqlamasında qeyd edib ki, “müharibənin dayandırılması və ya atəşkəs barədə heç bir danışıqlar və ya təkliflər olmayıb”.

Rezazadə ABŞ prezidenti Donald Trump-ın İranın enerji obyektlərinə zərbələrin beş gün müddətinə dayandırılması ilə bağlı qərarını şərh edərək bildirib ki, bu addım daha çox qlobal neft qiymətlərinə nəzarət və ABŞ-ın hərbi məqsədləri ilə bağlı ola bilər.

Xatırladaq ki, Donald Tramp martın 23-də İran nümayəndələri ilə aparıldığı iddia olunan danışıqlardan sonra ölkəsinin İranın enerji infrastrukturuna hücumlarını müvəqqəti dayandırdığını açıqlamışdı. ABŞ prezidenti həmin görüşlərdə Yaxın Şərqdə hərbi əməliyyatların tam dayandırılması imkanının da müzakirə edildiyini bildirmişdi.

Mənbə: mail.ru

Aynur Camal

Oxşar xəbərlər

Ekspertlərdən xəbərdarlıq: Böyük Britaniya məktəbləri şagirdlərin onlayn fotolarını silməlidir

Aynur Camal

Aİ Rusiya ilə potensial danışıqlara hazırlaşır – Antonio Kosta

Aynur Camal

ABŞ ordusu Oman körfəzində İranın üç neft tankerini sıradan çıxardı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu