16 C
Baku
16 Oktyabr 2025, 22:56
Baş xəbər

Ermənilər Laçın buraxılış məntəqəsini atəşə tutdu

Bugun.tv-nin əldə etdiyimiz məlumata görə, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb. Atışma erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.

Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir, bütün lazımi tibbi yardım göstərilir.

Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçiləri postlarını tərk ediblər.

Mənbə: Caliber

Nigar Məmmədova

Oxşar xəbərlər

Son 3 ayda 28 uşaq övladlığa götürülüb

Aynur Camal

Qətər koronavirusa qarşı peyvənd olunmayanlar üçün karantini ləğv edir

Aynur Camal

Yasin Hüseynzadə “Hüseyniyyun” qruplaşmasının üzvü olub

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu