12 C
Baku
5 Dekabr 2025, 16:00
Baş xəbər

Ermənilər Laçın buraxılış məntəqəsini atəşə tutdu

Bugun.tv-nin əldə etdiyimiz məlumata görə, bu gün səhər tezdən Ermənistan silahlı qüvvələri tərəfindən Laçın sərhəd-keçid məntəqəsi istiqamətində avtomat silahdan atəş açılıb. Atışma erməni postundan üzbəüz, məhz Azərbaycanın dövlət bayrağının hər gün qaldırılma mərasimi zamanı həyata keçirilib.

Düşmən atəşi nəticəsində Azərbaycan Dövlət Sərhəd Xidmətinin hərbçisi yaralanıb. Onun vəziyyəti stabil qiymətləndirilir, bütün lazımi tibbi yardım göstərilir.

Hazırda vəziyyət bölmələrimizin nəzarətindədir, atışmalardan sonra erməni hərbçiləri postlarını tərk ediblər.

Mənbə: Caliber

Bugün TV

Oxşar xəbərlər

İmtahan həyəcanını dəf etməyin yolları – Psixoloqdan müsahibə

Elnarə Dərziyeva

Həbsxanada 4 məhbus ölü tapıldı

Kəmalə Sultan

İlham Əliyev Astanada “Вечер дружбы” adlı qala konsertdə iştirak edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu