27 C
Baku
27 İyul 2024, 3:24
Baş xəbərDünya

“Ermənistan üzərindəki təzyiqlər səbəbindən hələ də cəsarətli addımlar ata bilməyib”

Bugün.tv məlumat verir ki, bu barədə Mövlud Çavuşoğlu Türkiyənin ABŞ-ın Los Anceles şəhərindəki Baş konsulluğunda türk icması ilə görüşündə deyib.

“Cənubi Qafqazda daimi sülh və sabitlik üçün Azərbaycanın təklif etdiyi əhatəli sülh müqaviləsi ən qısa zamanda bu ölkə ilə Ermənistan arasında imzalanmalıdır. Biz bu prosesi dəstəkləyirik”- nazir qeyd edib.

Nazir həmçinin vurğulayıb ki, Ermənistanın regionda sülhə və bu əməkdaşlığa ehtiyacı var.

Çavuşoğlu qeyd edib ki, Türkiyə Ermənistanla münasibətləri normallaşdırmaq üçün xüsusi nümayəndə təyin edib. Lakin Ermənistan üzərindəki təzyiqlər səbəbindən hələ də cəsarətli addımlar ata bilməyib.

“Ermənistanı cəsarətləndirmək lazımdır. Bəlkə də sayları azdır, amma təəssüf ki, onlar Amerikada yüksək səsi olan bir qrupdur, erməni qruplaşması Türkiyə ilə münasibətlərin normallaşmasına qarşıdır. Onların Ermənistana heç bir töhfəsi yoxdur, nifrətlə hərəkət edirlər.

Ermənistanın bölgədə barış və iş birliyinə ehtiyacı var. Bu, məlum səbəblərdən indiyədək təcrid olunmuş bir ölkədir. Bu fürsəti yaxşı qiymətləndirmək lazımdır”, – Mövlud Çavuoğlu vurğulayıb.

Aynur Camal

Oxşar xəbərlər

Quldurlar gəlini qaçıraraq başqasına ərə verməklə hədələyiblər

Bugün TV

Sumqayıt şəhərində bıçaqlanma hadisəsi baş verdi

İntizar Əmirova

İnterpolun axtarışında olan şəxs Moskvada saxlanıldı

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu