Milli Məclisin deputatı Bəhruz Məhərrəmov ARB.TV-yə müsahibə verib.
Bugun.tv xəbər verir ki, millət vəkili Bəhruz Məhərrəmov Ermənistan tərəfinin sərhədlərin delimitasiya və demarkasiyası prosesi ətrafında spekulyasiya xarakterli informasiyalar yaymasını ARB24-ün “İşgüzar səhər” verilişi üçün şərh edib:
“Azərbaycan və Ermənistan arasında müəyyən uğurlarla müşahidə olunan sərhədlərin delimitasiya və demarkasiya prosesi çətin mürəkkəb bir prosesdir. Və bu prosesdə birmənalı şəkildə konfidensiallığın qorunması və maraqları təhdid edəcək, danışıqları təhdid edəcək informasiyaların cəmiyyətdə spekulyasiyalara yol açmaması həddindən artıq vacibdir. Amma görünən odur ki, necə ki sülh prosesinin gedişatında, eləcə də sərhədlərin delimitasiya və demarkasiya prosesimin gedişatında da ermənistan pozuculuğa meyillidir və bu kimi informasiyaların yayılması və xüsusən də həqiqətə uyğun olub olmadığı bəlli olmayan informasiyaların yayılmasını biz təsadüf hesab etməməliyik”.