Baş xəbərHadisə

15 İyul Şəhidlər Körpüsündə zəncirvari qəza baş verdi

Bugun.tv xəbər verir ki, 15 İyul Şəhidlər Körpüsünün girişində 4 avtomobilin iştirakı ilə baş verən zəncirvari yol qəzasında xəsarət alan 1 nəfər xəstəxanaya aparılıb.
TRT Haber-in məlumatına görə,15 İyul Şəhidlər Körpüsünün Avropa Yaxasından Anadoluya gedən yolunda 4 avtomobilin iştirakı ilə zəncirvari yol qəzası baş verib. Qəza nəticəsində bir nəfər avtomobildə sıxılmış vəziyyətdə qalıb.

Xəbər verildikdən sonra hadisə yerinə polis, xilasetmə və tibb qrupları göndərilib.

Xəsarət alan şəxs yanğınsöndürənlərin müdaxiləsi ilə olduğu yerdən çıxarılıb və təcili tibbi yardım maşını ilə xəstəxanaya aparılıb.

Qəza səbəbilə 15 İyul Şəhidlər Körpüsü və əlaqə yollarında uzun avtomobil növbələri yaransa da, nəqliyyat vasitələri çıxarıldıqdan sonra hərəkət normallaşıb.

Bugün TV

Oxşar xəbərlər

Ulu öndər Heydər Əliyev Azərbaycan dövlətçiliyinin memarı kimi yad olunur

Aynur Camal

Ceyhun Məmmədov 9 May münasibətilə paylaşım edib

Aynur Camal

Bu gün tarixi qələbənin ildönümü qeyd olunur

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu