22 C
Baku
27 İyul 2025, 6:37
MüsahibəSiyasət

“Ermənistan rus sülhməramlılarını növbəti təxribatlara şərait yaratmağa təhrik edir”-ŞƏRH

“Bu gün Ermənistan baş naziri Nikol Paşinyanın siyasi xətti ümumiyyətlə, Rusiya üçün suallar doğurur. Mən hesab edirəm ki, Rusiyanın Paşinyana, Paşinyanın da Rusiyaya yanaşması ekvivalentdir. Həm Paşinyan Rusiyaya, həm də Rusiya Paşinyana və bütövlükdə onun komandasına dərin nifrət hissi duyur. Və bütün bunların fonunda əlaqələrin zədələnməsi, Ermənistan-Rusiya münasibətlərinin gələcəyi baxımından da ciddi təhdid elementləri formalaşdırır. Lakin buna baxmayaraq, bu gün Nikol Paşinyan Rus sülhməramlılarını növbəti təxribatlara şərait yaratmaq üçün təhrik etməyə çalışır”.

Bu fikri Bugun.tv-yə özəl müsahibəsində politoloq Tural İsmayılov bildirib.

Onun sözlərinə görə, tərəflər arasındakı danışıqlarda Paşinyanın Rusiya prezidenti Vladimr Putindən bu konteksdə ciddi xahişləri olub. Çünki hər kəsə bəllidir ki, bu gün bölgədə gərginliyin qalmağının ən böyük günahkarı Ermənistan və Paşinyanın şıltaqlıqlarına göz yuman rus sülhməramlılarının fəaliyyətsizliyidir. Bu baxımdan, Putinlə Paşinyanın telefon danışığında qeyri-adi heç nə yoxdur. Sadəcə olaraq, onlar məcburi şəkildə bir-birləri ilə dialoq qurub ünisiyyətə keçsələr də, faktiki vəziyyət, Nikol Paşinyanın Putinə, Putinin isə  Paşinyana nifrəti ilə ölçülür.

Nigar Məmmədova

Oxşar xəbərlər

İlham Əliyev Türk Dövlətləri Təşkilatının Dövlət Başçılarının Fövqəladə Zirvə görüşündə iştirak edib- YENİLƏNİB- VİDEO

Aynur Camal

Polşa Ukraynaya dörd ədəd MiQ-29 qırıcısı göndərdi

Nigar Məmmədova

“Qərb Dağlıq Qarabağ ətrafındakı vəziyyətə hər cür müdaxilə etməyə çalışır”

Nigar Məmmədova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu