Baş xəbərKriminal

Narkotik vasitələrin insan həyatı üçün yaratdığı təhlükələrdən bəhs edildi

Bugun.tv xəbər verir ki, Şuşa Rayon Polis Şöbəsinin təşkilatçılığı ilə Bakı şəhərində fəaliyyət göstərən rayonun Quşçular kənd tam orta məktəbində narkomaniyanın fəsadlarından bəhs edən maarifləndirmə tədbiri keçirilib.

Tədbirdə çıxış edən polis əməkdaşları narkotik vasitələrin insan həyatı və sağlamlığı üçün yaratdığı təhlükələrdən bəhs edib. Narkomaniyaya qurşananların bu bəladan uzaqlaşmaqda çətinlik çəkdiyi, bir çox insanın yaşadığı acı sonluq diqqətə çatdırılıb. Şagirdlərə gələcəkdə mükəmməl təhsilə yiyələnərək xalqımız, dövlətimiz üçün faydalı fərdlər kimi yetişmələri istiqamətində tövsiyələr verilib.

Daha sonra diskussiya şəraitində davam etdirilən tədbirdə mövzu ətrafında şagirdlərin ünvanladığı bütün suallar cavablandırılıb.

Mənbə: DİN

Aynur Camal

Oxşar xəbərlər

Bu gün! – müstəqil dövlətçiliyin hüquqi təməlindən 31 il ötür

Aynur Camal

İlham Əliyev COP31 Liderlər Sammitində iştirak etdi – Ərdoğan və Quterreş onu qarşıladı

Aynur Camal

Avropa İttifaqı Azərbaycanı Dövlət Bayrağı Günü münasibətilə təbrik etdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu