24 C
Baku
28 İyun 2025, 22:40
Siyasət

Ermənistanda etirazlar davam edir

Ermənistan polisi İrəvan küçələrini bağlayan etirazçıları saxlayıb.
Bu barədə Bugün.TV TASS-a istinadən xəbər verir.Məlumata görə Ermənistan polisi bu gün səhər saatlarından başlayaraq baş nazirin istefasını tələb edərək paytaxt İrəvan küçələrini bağlayan onlarla etirazçını saxlayıb. Bu etirazlar yerli xəbər portalları tərəfindən onlayn yayımlanıb. İrəvanın mərkəzində bir neçə küçə bağlanıb, polis həbsləri davam etdirir. Həbs edilənlər arasında eks-prezident Robert Köçəryanın oğlu, keçmiş təhsil  naziri, Respublika Partiyasının sədr müavini Armen Aşotyan, digər siyasi və ictimai xadimlər də var.

Xatırladaq ki, mayın 1-dən Ermənistanda hökumət əleyhinə mitinqlər davam edir.Müxalif partiyaların iddiasina görə baş nazir Nikol Paşinyan rəsmi Bakı ilə sülh sazişi imzalamağı və Dağlıq Qarabağı Azərbaycanın bir hissəsi kimi tanımağı planlaşdırır.

Aynur Əfəndi Zadə

Oxşar xəbərlər

Rusiya Xarici İşlər Nazirliyi Ukraynanı “anti-Rusiya” etmək cəhdinin uğursuz olduğunu açıqladı

Bugün TV

Zurabişvili: “Mən hökumətin qanun layihəsini geri götürməsini alqışlayıram”

Nigar Məmmədova

Ukrayna uduzur, Kiyevə daha çox yardım göstərir, yalnız yoxsulluğa, ölümə səbəb olur – Slovak siyasətçisi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu