8 C
Baku
12 Dekabr 2024, 12:27
Digər

Ermənistanda hərbi müstəntiqlərə avtomat silah gəzdirmək hüququ veriləcək

Son vaxtlar Ermənistanda əsgər analarının hərbçilərə hücumu, hərbçilərin qətlə yetirilməsi və orduda intihar hallarının artması hökuməti sərt addımlar atmağa vadar edib. Bu addımlardan biri də Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsinin müstəntiqlərinə avtomat silah gəzdirmək hüququnun verilməsidir.

Bugun.tv Ermənistan mətbuatına istinadla xəbər verir ki, Daxili İşlər Nazirliyi bununla bağlı qanun layihəsini parlamentin müdafiə və təhlükəsizlik məsələləri daimi komissiyasına təqdim edib. Layihənin müzakirəsi zamanı o bildirib ki, qanunun qəbulundan sonra Baş Hərbi İstintaq İdarəsinin müstəntiqləri avtomat silahlar gəzdirmək hüququna malik olacaqlar.

Daxili işlər nazirinin müavini Arpine Sarkisyan deyib ki, bu təklif hərbi müstəntiqlərin işinin xüsusiyyətləri ilə bağlıdır və yalnız onlar belə silah gəzdirə biləcəklər. Qanunvericilik təşəbbüsünün mahiyyəti vətəndaşların silahdan istifadə etməklə özünümüdafiə hüququ məsələsini qanunla həll etməkdir.

Layihənin yaxın vaxtlarda parlamentdə qəbul olunacağı bildirilir.

İntizar Əmirova

Oxşar xəbərlər

Ermənistan silahlı qüvvələri Daşkəsən, Kəlbəcər və Laçın istiqamətlərində genişmiqyaslı təxribat törədib

Aynur Camal

23 əyalətə xəbərdarlıq elan edildi

Kəmalə Sultan

Şuşada Diaspor Gənclərinin III Yay Düşərgəsi başa çatıb

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu