Baş xəbərDünya

Türkiyə Milli Kəşfiyyat Akademiyası bu il ilk tələbələrini qəbul etdi

Türkiyədə yeni açılan Milli Kəşfiyyat Akademiyası bu ilin aprel ayından etibarən ilk tələbələrini qəbul edəcək.

Bugun.tv xəbər verir ki, akademiya təhsil və araşdırma olmaqla iki sahə üzrə fəaliyyət göstərəcək. Təhsil fəaliyyəti institutlar daxilindəki proqramlar vasitəsilə aparılacaq. Tədqiqat mərkəzlərində isə elmi tədqiqatlar, seminarlar, simpoziumlar və digər akademik araşdırmalar həyata keçiriləcək.

Magistr və doktorantura təhsili verəcək akademiyaya universitetlərin müvafiq bakalavr proqramlarını bitirən və bu qurumun tələblərinə cavab verən hər kəs müraciət edə bilər. Namizədlər akademiya daxilində açılacaq kəşfiyyat, təhlükəsizlik, regional tədqiqatlar, kibertəhlükəsizlik və kriptologiya, peyk-kosmik sistemlər, süni intellekt ilə məlumat analitikası və bu kimi digər proqramlara müraciət edə biləcəklər.

Qurumun təhsil sahəsi üzrə tələbələr kəşfiyyat nəzəriyyəsi və tarixi, tədqiqat metodologiyaları, kəşfiyyat və təhlükəsizlik tədqiqatlarında metodlar və təhlillər kimi dərslərlə yanaşı Qərb fəlsəfəsi, İslam sənəti və kino kimi kurslar arasından da seçim edə biləcəklər.

Akademiyanın araşdırma mərkəzləri isə kəşfiyyat, təhlükəsizlik, strategiya, regionşünaslıq, süni intellekt, kiber və elektron intellekt kimi sahələrdə elmi tədqiqat layihələri həyata keçirəcək.

Akademiya tənqidi və analitik düşüncə tərzinə malik, Türkiyədə və dünyada baş verənləri yaxından izləyən, yaşadıqları mühitə həssaslıqla yanaşan, real dünya problemlərinin həlli yollarını düşünən namizədlər axtardığını açıqlayıb.

Bugün TV

Oxşar xəbərlər

15 İyun – Azərbaycanın xilası və inkişaf yolunun başlanğıcı

Aynur Camal

Məzahir Əfəndiyev Ağdaş və Göyçayda “Son zəng” tədbirlərində iştirak etdi

Aynur Camal

Mingəçevirdə Milli Qurtuluş Gününə həsr olunmuş konfrans keçirilib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu