8 C
Baku
12 Dekabr 2024, 10:30
Baş xəbərSiyasət

Ermənistanın “29 min kvadratkilometr ərazi” arzusu

Bugun.tv xəbər verir ki, Azərbaycan prezidenti İlham Əliyev QarabağınTərtər rayonunun Talış kəndinə səfər edib.

Burada çıxışı zamanı O bildirib ki, Talış kəndinin yenidən qurulmasına başlanmasından hələ bir il keçməyib. Artıq Talış kəndinə 20 ailə qayıdıb və 180-ə yaxın ailə qayıdacaqdır.

“Əfsuslar olsun ki, bu gün İkinci Qarabağ müharibəsinin ibrət dərsi Ermənistana hələ ki, bəs etməyib. Çünki biz görürük ki, Ermənistanda revanşist qüvvələr baş qaldırıb. Ermənistanda yenə də Azərbaycana qarşı, Azərbaycan torpaqlarına qarşı ərazi iddiaları qaldırılır. Biz Ermənistan rəhbərliyini bu çirkin əməllərdən çəkindirmək üçün xəbərdar edirik. Ermənistanın arxasında dayanan bəzi ölkələri də bax, buradan – azad edilmiş Talış kəndindən xəbərdar edirik ki, əl çəkin bu çirkin əməllərdən. Azərbaycan dövlətinin, xalqının iradəsinə heç bir kənar qüvvə təsir edə bilməz.

Görün, Ermənistan rəhbərliyi nə qədər azğınlaşmışdır ki, “Qarabağ Ermənistandır və nöqtə” deyən Ermənistan rəhbərliyi bu gün görün nə deyir. Bu gün deyir ki, bizə imkan verin 29 min kvadratkilometr ərazidə biz yaşayaq. Bunu işğal dövründə niyə demirdi? Onlar bilməlidirlər ki, bunun üçün bir şərt var – bizim şərtlərimizi qəbul etməlidirlər, rəsmən Qarabağı Azərbaycan ərazisi kimi tanımalıdır, bizimlə sülh müqaviləsi imzalamalıdır, bizim şərtlərə əsasən, delimitasiya işlərini aparmalıdır. Ancaq o təqdirdə onlar 29 min kvadratkilometr ərazidə, – hansı ki, indi onlar ancaq bunu istəyirlər, – rahat yaşaya bilərlər. Əgər Ermənistan bizim ərazi bütövlüyümüzü tanımasa, biz də onların ərazi bütövlüyünü tanımayacağıq”.

Azərbaycan prezidentinin Talış kəndindəki bu çıxışını Ermənistan tərəfi öz çirkin əməllərini davam etdirərək təcavüz adlandırıb.

“Bakı İrəvana qarşı yeni təcavüzə hazırlaşır. Azərbaycan öz aqressiv diskursları və hərəkətləri ilə Dağlıq Qarabağ ermənilərinin soyqırıma məruz qalmasına və Ermənistana qarşı yeni təcavüzə hazırlıq görür. İrəvan hesab edir ki, indiki şəraitdə soyqırımların qarşısının alınması üçün beynəlxalq mexanizmlərin işə salınması, Laçın dəhlizinə və Dağlıq Qarabağa beynəlxalq faktaraşdırıcı missiyanın göndərilməsi, eləcə də Azərbaycanın təcavüzkar hərəkətlərini və siyasətini birbaşa pisləmək lazımdır” – Ermənistan Xarici İşlər Nazirliyi. Mənbə: TASS

Aynur Camal

Oxşar xəbərlər

Nazir Peter Siyartonun Azərbaycana səfəri başlayıb

Aynur Camal

Finlandiya Rusiya Federasiyası ilə sərhədi bağlı saxlamaq niyyətindədir

İntizar Əmirova

Yapon kosmik aparatı Ay orbitinə daxil oldu

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu