Digər

Ankarada Türk Dünyası və Toplulukları – “Novruz Bayramı” adlı tədbir keçirilib

Türkiyənin paytaxtında təşkil olunan bayram şənliyində Azərbaycanın adət və ənənəsinə uyğun olaraq xonçalar bəzənib, süfrələrə səmənilər və milli mətbəxin təamları düzülüb.
Tədbirin təşkilatçısı Arzuman Azaflı xalqımızı Novruz Bayramı münasibəti ilə təbrik edib.
Sonra səhnəyə Kosa və keçəl gəlib. Milli adətlərdən doğan əyləncəli Qaragöz və Hacivat oyunları nümayiş olunub. Uşaqlar bayram şeirleri deyiblər. “Tülpar” rəqs qrupu ilə Azaflı Sosial Yardım və Kültür Dərnəyinin nəzdində fəaliyyət göstərən “Səda” musiqi kursunun müəllimləri Azərbaycan mahnılarını ifa etməklə proqrama rəng qatıblar.
Tədbirdə, həmçinin rəssam, şair, yazar, sənətçı Hülya Şimşeyin “Bir Şiirdir Şarkılar” əsəri ilə şair Güftekar Metin Pınarcının “Dil-Guşe” adlı kitabının imza günü və satışı təşkil olunub.
Sonda vəkil Arzuman Azaflı iştirakçılara təşəkkür əlaməti olaraq Xarı Bülbül plaketi və nişanı hədiyyə edib.
Onu da deyək ki, Azaflı Sosial Yardım və Kültür Dərnəyi hər ayın ilk cümə günü Türk Dünyası ilə bağlı müxtəlif tədbirlər keçirir. Hər kəsi dəvət edir.

Nigar Məmmədova

Oxşar xəbərlər

Paytaxtda 77 min manat dəyərində dələduzluq edənlər saxlanıldı

Kəmalə Sultan

F. Bayramov: “Yaşam koçları dələduzluqla məşğul olan şəxslərdir”

Nigar Məmmədova

Türkiyədə tornado vahiməsi yaşanıb – FOTO

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu