16 C
Baku
17 Oktyabr 2025, 5:28
Baş xəbərİqtisadiyyat

Ermənistanın TIR şousu davam edir

Ermənilər Xankəndi yolundan digər məqsədlər üçün istifadə etmək istəyir

“Bir sıra xarici təşkilatların təxribat məqsədli bu şouya dəstək olması təəssüf doğurmaqla yanaşı, bölgədə vəziyyətin stabilləşməsinə də xidmət etmir. Ermənistan rəhbərliyi hələ də hər vəclə Ağdam-Xankəndi yolundan istifadə etməkdən boyun qaçırır”.
Bugun.tv xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov facebook hesabındakı paylaşımında bildirib. Onun söözlərinə görə, 26 km uzunluğu olan Ağdam-Xankəndi yolu müasir standartlara uyğun qurulmaqla yanaşı bölgədə Xankəndinə ən qısa məsafə hesab olunur.
“Laçın-Xankəndi yolu 60 km-dir və bu yol Şərqi Zəngəzurla Qarabağı birləşdirir. Ağdam-Xankəndi yolu isə Qarabağ iqtisadi rayonunda daxili şəbəkədir və bu baxımdan da vacib nəqliyyat xəttidir. Bu yoldan istifadə bütövlükdə Qarabağ iqtisadi rayonun inkişafına töhvə baxımdan da vacibdir. Daxili nəqliyyat və logistik şəbəkə iqtisadi inkişaf üçün zəmin yaratdığından bu yolun intensiv istifadəsi əhəmiyyətlidir.
Digər tərəfdən, əgər məqsəd Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilərə humanitar yardım göstərməkdirsə niyə Ermənistan siyasi hakimiyyəti daha qısa və müasir standartlara uyğun qurulmuş yoldan istifadədən imtina edir?”, – V.Bayramov əlavə edib.

Elnarə Dərziyeva

Oxşar xəbərlər

Vaxtında həkim-allerqoloqa müraciət etməklə, xəstəliyin ağır formalarının inkişafının qarşısını almaq mümkündür

Aynur Camal

Prezident İlham Əliyev 27 Sentyabr – Anım Günü ilə əlaqədar paylaşım edib

Bugün TV

Macarıstan əczaçılıq şirkəti Bakıda

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu