30 C
Baku
28 İyun 2025, 17:10
Baş xəbərSiyasət

“Ermənistanın Laçın yolundan istifadəyə can atması humanitar deyil, maneəsiz gediş-gəlişə nail olmaq məqsədi daşıyır”

Laçın yolu ilə bağlı açıqlama

“Azərbaycanın Laçın yolundan tibbi məqsədlər, Ağdam-Xankəndi yolundan isə yük daşımalar üçün istifadə olunması ilə bağlı təklifi bölgədəki mövcud problemlərin həllinə ən optimal yanaşmadır. Ermənistan siyasi hakimiyyətinin hər vəclə yalnız Laçın yolundan istifadə etməyə can atması heç də humanitar deyil, daha çox yenidən maneəsiz gediş-gəlişə nail olmaq məqsədi daşıyır. Amma Laçın buraxılış məntəqəsinin fəaliyyəti Azərbaycanın suveren hüququdur və heç bir halda bu hüququn məhdudlaşdırılması müzakirə obyekti ola bilməz”.

Bugun.tv xəbər verir ki, bu fikirləri millət vəkili Vüqar Bayramov sosial şəbəkədəki hesabında paylaşıb.

O, bildirib ki, artıq müasir standartlara uyğun olaraq inşa edilən 44.5 km uzunluğu olan Bərdə-Ağdam yolunun qurulması da tamamlanmaq üzrədir. Bu yol 26 km-lik Ağdam-Xankəndi yoluna inteqrasiya olunacaq. Nəticədə, bu yol Qarabağ iqtisadi rayonu ilə Azərbaycanın digər bölgələri arasında daha asan və qısa quru nəqliyyat əlaqəsinin formalaşmasına imkan verəcək.

Laşın xankəndi yolu
Laçın yolu

“Bu Qarabağ iqtisadi rayonunun inkişafı baxımdan da vacibdir. Kifayət qədər iqtisadi potensialı olan Qarabağ 30 illik Ermənistan işğalı nəticəsində inkişafdan kənarda qalıb. Yenidən qurulan Qarabağ və Şərqi Zəngəzur tezliklə Azərbaycan iqtisadiyyatının yeni lokomotivinə çevriləcək. Söhbət Azərbaycan iqtisadiyyatında əlavə 10 milyard manatlıq yeni dəyərin yaranmasından gedir. Bu isə həm də o deməkdir ki, bölgədə artıq yeni düzən formalaşıb. Qarabağ ermənilərinə humanitar yardım göstərmək niyyətində olduğunu bəyan edən Ermənistan siyasi hakimiyyəti müasir standartlara uyğun qurulmuş Ağdam-Xankəndi yolundan faydalanmaqla bunu asanlıqla edə bilər. Amma İrəvanın məqsədi gercəkdən humanitar yardımdırmı?”, – V.Bayramov açıq sualla fikrini tamamlayıb.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

İldırım buğda sahəsini yandırdı

Bugün TV

Prezident Gürcüstanın Baş naziri ilə görüşüb

Aynur Camal

Almaniyalı nazir Çinə səfəri öncəsi Pekini tənqid edib

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu