17 C
Baku
19 Aprel 2024, 4:00
Müsahibə

Ertələmə sindromundan necə xilas olaq?-MÜSAHİBƏ+ÖZƏL

Hamımız məqsədlərlə yaşayab, ona doğru durmadan irəliləyirik. Lakin bəzi müsbət vərdişlər və ya aktivliklər var ki, çox vaxt onları başlamağa tənbəllik edirik.

Hər birimiz yeni işlərə başlayacağımız üçün vədlər veririk. “Bazar ertəsindən dietaya başlayacam”, “gələn aydan mütləq yürüş edəcəm” və ya “filan fəsildən səyahətə başlayacam” kimi vədlər veririk. Nəticədə isə tənbəllik edib bir qədər sonraya planlayırıq.

Psixoloq Təhminə Çələbi Bugun.tv-yə müsahibəsində bildirir ki, buna ertələmə sindromu deyirlər. Məsələn,  məşhur “bazar ertəsindən başlayaram” cümləsi ilə başlayan bütün nə edəcəklərimiz ertələnirsə, demək ki, bizdə ertələmə siondromu var. Bundan çıxış yolu gələcək planlarımız üçün özümüzə cədvəl tutub, həyatımızı onun üzərində qurmaqdır. Çünki başladıqdan sonra bədənimizdə xoşbəxtlik hormonları yayılmağa başlayır və bu bizdə iradə yaradır. Bundan sonra edəcəklərimiz gündəlik həyat tərzimizdə vərdiş halı alır.

Bəs, ümumiyyətlə məqsədlərimizə çatmaq üçün özümüzü necə motivasiya edək?

Psixoloq deyir ki, insan birinci bu sualı özünə verməlidir. Bu mənə nə üçün lazımdır? Daha sonra gözlərini bağlayıb, artıq bu məqsədə çatmış halını düşünməlidir. İnsan əgər o halını bəyənirsə, mütləq qalxıb və bunu edəcək. Çünki hər kəs çəkdiyi əziyyətin müqabilində onu nə gözlədiyini bilmək və görmək istəyir. Və gözübağlı insan bunu hiss etdikdə məsəl üçün, idmanla məşğul olmaq istəyir. Xəyalən, arzu etdiyi bədən quruluşuna və yaxud sağlamlığa sahibdir. Özünün o variantını düşündüyü zaman təbii ki, bu onun xoşuna gələcək və motivasiya edəcək.

Psixoloq deyir ki, insan öz üzərində işlədiyi zaman şəxsiyyətə çevrildiyinin fərqinə varır və özünə inamı yaranır. Unutmayaq ki, məhz bu  özünə inam hissi ilə, biz yeni fəaliyyətlərə başlamağa həvəs göstərib, özümüzü motivasiya edə biləcəyik.

Nigar Məmmədova

Oxşar xəbərlər

A.Aslanova: “Xaricdə təhsil mərkəzlərinin sayı artdıqca dələduzluq halları da artır”

Şükufə Ramizqızı

“Azərbaycan xoş niyyətli olmasa idi qırıcılar havaya qaldırılardı”

Aynur Camal

Ukraynada yaşayan azərbaycanlı diplomat müharibədən danışıb

Aynur Əfəndi Zadə

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu