25 C
Baku
18 Sentyabr 2026, 10:20
Samir Alsheikh, Bəşər Əsəd, Suriya, işgəncə, ABŞ məhkəməsi, Dəməşq həbsxanası, Adra həbsxanası, 60 il həbs
Dünya

Əsəd rejiminin keçmiş həbsxana rəhbərinə ABŞ-da 60 il həbs cəzası verilib

Bugun.tv xəbər verir ki, Suriyada Bəşər Əsədin hakimiyyəti dövründə Dəməşq Mərkəzi həbsxanasına rəhbərlik etmiş Samir Ousman Alsheikh ABŞ-da 60 il müddətinə azadlıqdan məhrum edilib.

Al Jazeera və ABŞ Ədliyyə Nazirliyinin məlumatına görə, 70 yaşlı Alsheikh 2005–2008-ci illərdə Suriyanın Adra həbsxanasına rəhbərlik etdiyi dövrdə məhbusların işgəncəyə məruz qalması ilə bağlı ittihamlarla mühakimə olunub. Federal jüri bu ilin martında onu işgəncə törətmək üçün əlbirlik, üç işgəncə epizodu və ABŞ-ın immiqrasiya qaydaları ilə bağlı digər cinayətlər üzrə təqsirli bilib.

ABŞ prokurorlarının təqdim etdiyi materiallarda bəzi məhbusların siyasi etirazları yatırmaq məqsədilə təcrid kameralarına göndərildiyi və burada işgəncələrə məruz qaldığı bildirilib. Məhkəmədə işgəncələrdən sağ çıxan şəxslər də ifadə veriblər.

Alsheikh 2020-ci ildə ABŞ-a gəlib və daha sonra ölkədə daimi yaşamaq hüququ əldə etmək üçün müraciət edib. ABŞ Ədliyyə Nazirliyi onun keçmişi barədə immiqrasiya rəsmilərinə yalan məlumat verdiyini bildirib.

Məhkəmənin qərarı ABŞ-da keçmiş Əsəd rejiminin yüksək vəzifəli məmurlarından birinin Suriyadan kənarda işgəncə ilə bağlı cinayətlər üzrə mühakimə olunması baxımından diqqət çəkən hadisə kimi təqdim edilir.

Mənbə:  Aljazeera

Aynur Camal

Oxşar xəbərlər

Nigeriyada metanol şübhəli içkidən ölənlərin sayı 48-ə çatdı

Aynur Camal

Güclü yağış Uffizi qalereyasına sızdı: Karavacconun əsəri zədə təhlükəsi yaşadı

Aynur Camal

İran İsveç diplomatına ölkəni tərk etmək üçün 48 saat vaxt verdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu