Image default
Baş xəbərHadisə

Esenyurtda yaşayış binasında yanğın: 4 nəfər müalicə olundu

Bugun.tv xəbər verir ki, İstanbulun Esenyurt şəhərində 4 mərtəbəli binanın birinci mərtəbəsində yanğın baş verib. Tüstüdən təsirlənən 4 nəfər xəstəxanaya aparılıb. Səlahəddin Əyyubi məhəlləsi, 1557 küçəsində 4 mərtəbəli binada baş verən yanğında binanın birinci mərtəbəsində yaşayan autizmli uşaq oynayan zaman evin qonaq otağında yanğın baş verib.

TRT Haber-in məlumatına görə, Artan alov mənzilin digər otaqlarına da keçib. Xəbər verildikdən sonra hadisə yerinə xilasedicilər, polis və sağlamlıq qrupları sövq edilib. Alovun yuxarı mərtəbələrə keçməsi nəticəsində mənzillərində sıxılmış vəziyyətdə qalan vətəndaşlar yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğınsöndürənlər yanğını qısa müddətdə söndürərkən, tüstüdən təsirlənən 4 nəfər təcili yardımla xəstəxanaya aparılıb. Yanğın nəticəsində iki mənzilin yararsız hala düşdüyü öyrənilib. Polis qrupları hadisə yerində geniş təhlükəsizlik tədbirləri aldı.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Dünya Kubokunda rekord istilər narahatlıq yaradır

Aynur Camal

Sərnişin avtobusu dərəyə aşdı: 40 nəfər həlak oldu, 8 nəfər yaralandı

Aynur Camal

Deputat Vüqar Bayramov: Keçmiş məcburi köçkünlərə sosial dəstək 3 il davam edəcək

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu