24 C
Baku
20 Sentyabr 2026, 11:35
Digər

Əsgərlərin saqqal və bığ saxlamasına qoyulan qadağanı ləğv edildi

Bugun.tv xəbər verir ki, Böyük Britaniyada quru qoşunlarının şəxsi heyətinə saqqal və bığ uzatmağa qoyulan qadağa aradan qaldırılıb.

Böyük Britaniyanın müdafiə naziri Qrant Şapps X hesabında etdiyi paylaşımda bildirib ki, sorğuya əsasən, kişilərin 54 faizi saqqal və bığ saxlayır. “Ordunun köhnəlmiş saqqal qadağasını yenidən qiymətləndirməsini istədim. Bu gün qaydalarda mənalı bir dəyişiklik edildi”, – Şapps deyib.

BBC-yə danışan ordu sözçüsü, qadağanın aylarla davam edən qiymətləndirmədən sonra qaldırıldığını bildirib.

Təraşın yalnız xüsusi hallarda tələb olunacağını dəyərləndirən sözçü qadağanın aradan qaldırılmasından sonra gənclərin orduya getmə nisbətinin artacağını gözlədiklərini qeyd edib.

Yeni nizamnaməyə əsasən, quru qoşunlarında xidmət edən əsgərlərə 2,5 santimetrə qədər saqqal saxlamağa icazə veriləcək. Əsgərlərin boyunları və yanaq sümükləri qırxılacaq, saqqalları ölçüyə görə bərabər, səliqəli və həddən artıq boyanmamış olacaq.

Teymur Əzizov
Teymur Əziz

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu