Dünya

Etirazlar zamanı türbələr yandırıldı

İranda 28 dekabrdan bəri davam edən etiraz aksiyaları zamanı bəzi etirazçıların türbələrə girərək onları təpiklədiği və yandırdığı görüntülər yayılıb, hadisələr ölkədə gərginliyi daha da artırıb.

Məlumatlara görə, etirazçılar türbələri atəşə verərək yanmasını izləyib, bu görüntülər cəmiyyətdə və sosial mediada ciddi narazılıq doğurub.

İnsan Haqları Aktivistləri Agentliyinin (HRA) açıqlamasına əsasən, etirazlar nəticəsində ölənlərin sayı azı 2 615 nəfərə çatıb, onlardan 2 435-i etirazçı, 13-ü 18 yaşdan aşağı uşaq, 14-ü isə tərəfsiz mülki şəxsdir.

Bundan başqa, 153 təhlükəsizlik əməkdaşı və hökumət tərəfdarı mülkinin öldüyü bildirilir, azı 2 054 nəfər ağır yaralanıb.

31 əyalətin 187 şəhərini əhatə edən 617 etiraz aksiyasında ümumilikdə 18 470 nəfər saxlanılıb.

Mənbə: İlkha

Aynur Camal

Oxşar xəbərlər

“Hindistan 12 il ərzində 496 milyon insanı yoxsulluqdan çıxarıb”

Aynur Camal

Noyabrda meteor yağışları, Mars və Yupiterin yaxınlaşması, superay müşahidə olunacaq

Aynur Camal

Alimlər bakteriyalarla mübarizə aparan, elektrik enerjisi yaradan diş fırçası hazırlayıblar

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu