South Park, South America, Donald Tramp, Trey Parker, Matt Stone, satira, ABŞ serialları, yeni mövsüm
Dünya

Euronews — “South Park”ın adı dəyişdirildi

Bugun.tv xəbər verir ki, məşhur ABŞ cizgi serialı “South Park”ın yaradıcıları layihənin adını istehzalı şəkildə dəyişdirərək “South America” elan ediblər.

“Euronews”un məlumatına görə, Trey Parker və Matt Stone bu addımla ABŞ Prezidenti Donald Trampın coğrafi adlarla bağlı son qərarlarını məsxərəyə qoyublar.

Serial yaradıcılarının açıqlamasında yeni adın “South America”, yəni “Cənubi Amerika” olacağı bildirilib. Bu qərarın Tramp administrasiyasının xəritələrdə bəzi coğrafi adların dəyişdirilməsi ilə bağlı addımlarına cavab xarakteri daşıdığı qeyd olunur.

“South Park” yaradıcıları uzun illərdir siyasi mövzuları satirik şəkildə ekranlara gətirmələri ilə tanınırlar. Serialın yeni mövsümünün sentyabrın 16-da yayımlanması planlaşdırılır.

Ad dəyişikliyinin daimi olub-olmayacağı isə hələ aydın deyil. Bunun daha çox siyasi hadisələrə münasibət bildirən satirik kampaniya olduğu ehtimal edilir.

“South Park” 1998-ci ildən yayımlanır və ABŞ siyasətindən məşhurlar dünyasına qədər bir çox aktual mövzunu sərt yumorla təqdim edir.

Yeni addım serialın yaradıcılarının Tramp administrasiyasının siyasətini satira yolu ilə tənqid etməsinin növbəti nümunəsi kimi qiymətləndirilir.

Mənbə:  Euronews

Aynur Camal

Oxşar xəbərlər

İsveç seçkilərə müdaxilə təhlükəsinə qarşı tədbirləri gücləndirir

Aynur Camal

Süni intellekt dərman hazırlanmasına kömək edəcək

Aynur Camal

Böyük Britaniyada 2 mindən çox uçuş ləğv edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu