16 C
Baku
27 Aprel 2025, 4:29
Baş xəbərHadisə

Evdə təbii qaz partlaması: 2 yaralı

Bugun.tv xəbər verir ki, Burdurda fərdi evdə təbii qazın tıxanması nəticəsində baş verən partlayışda 2 nəfər xəsarət alıb. Fevzi Çakmak məhəlləsi 23001 küçəsində yerləşən fərdi yaşayış evində partlayış baş verib. Xəbər verildikdən sonra hadisə yerinə 112 Təcili Tibbi Yardım, xilasetmə və polis qrupları sövq edilib.

TRT Haber-in məlumatına görə, partlayışda yaralanan Mustafa və Gülsüm Nalbant cütlüyü həkimlər tərəfindən Burdur Dövlət Xəstəxanasına aparılıb. Üz və əllərində ikinci dərəcəli yanıq olan cütlüyün səhhətinin yaxşı olduğu öyrənilib. Digər tərəfdən, ilkin təsbitlərə görə, partlayışın təbii qaz sızması olan evdə qaz yığılması nəticəsində baş verdiyi müəyyən edilib.

Bundan əlavə, Karaşenir rayonunda evdə sobadan çıxan yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Evə ziyan dəyib. Burdur Bələdiyyəsi Xilasetmə İdarəsinin rəisi Mehmet Ali Ballak təbii qazdan istifadə edilən evlərdə işləyən qaz detektorları və havalandırma kanallarının olması lazım olduğunu bildirib.

İntizar Əmirova

Oxşar xəbərlər

Dəniz nəqliyyatına fırtına maneəsi

İntizar Əmirova

Müsabiqə qalibləri Avropada beynəlxalq olimpiadaya qatılıblar

Bugün TV

Mişar zavodunda yanğın baş verdi

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu