27 C
Baku
27 İyul 2024, 8:38
Kriminal

Evdən 40 min manatlıq saat oğurlayan şəxs saxlanılıb

Bugun.tv xəbər verir ki, Bakı Şəhər Baş Polis İdarəsi və Suraxanı RPİ-nin 33-cü Polis Bölməsinin əməkdaşlarının əməliyyat həyata keçirib.  Nəticədə Zığ qəsəbəsində yerləşən evlərdən birindən 6 min manat dəyərində qızıl və 40 min manat dəyərində “Rolex” markalı qol saatı oğurlayıblar. Qax rayon sakini, əvvəllər məhkum olunmuş 1971-ci il təvəllüdlü Hafiz Qocayev saxlanılıb. Həmin şəxsdən 405 qram narkotik vasitə marixuana da aşkar edilərək götürülüb.

Həmçinin, Suraxanı RPİ-nin 33-cü PB-nın əməkdaşları tərəfindən son günlər aparılan profilaktik tədbirlər zamanı ümumilikdə 8 ədəd müvafiq sənədləri olmayan silah könüllü polisə təhvil verilib. Müxtəlif şəxslərdən əməliyyat yolu ilə 2 ədəd odlu silah aşkar olunub. 14 fakt üzrə 3 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

Kəmalə Sultan

Oxşar xəbərlər

Axtarışda olan 411 nəfər tutuldu

Bugün TV

İsmayıllıda narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanıldı

Kəmalə Sultan

Cinayət təşkilatına qarşı əməliyyat oldu: 40 nəfər saxlanıldı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu