Vüqar Bayramov, çıxarış almaq, sənədsiz evlər, daşınmaz əmlak qeydiyyatı, torpaq kadastrı, Nazirlər Kabineti qərarı, mülkiyyət hüququ, 15 günə qeydiyyat
Baş xəbərSosial

Evinin sənədi olmayanlara vacib xəbər: Bu halda 15 günə çıxarış almaq mümkün olacaq

Bugun.tv xəbər verir ki, iqtisadçı deputat Vüqar Bayramov Nazirlər Kabinetinin daşınmaz əmlakla bağlı yeni qərarı barədə sosial media hesabında açıqlama verib.

Deputat bildirib ki, “Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün sənədlərin qəbulu, yoxlanılması və verilməsinin prosedur Qaydaları” təsdiqlənib və bu dəyişikliklər sənədsiz evlərin qeydiyyata alınması prosesinə mühüm təsir göstərəcək.

Vüqar Bayramovun sözlərinə görə, yeni qaydalara əsasən vətəndaşın təqdim etdiyi sənədlərlə torpağın kateqoriyası dövlət torpaq kadastrında olan məlumatlarla uyğun gəlmədikdə, qeydiyyat orqanı tərəfindən 15 iş günü müddətində araşdırma aparılacaq. Araşdırma yerquruluşu sənədlərinin təhlili yolu ilə həyata keçiriləcək.

Deputat qeyd edib ki, araşdırmanın nəticəsində təqdim olunan sənədlərdəki məlumatların doğruluğu təsdiqlənərsə, daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatına alınacaq və torpaq kadastrında müvafiq düzəlişlər ediləcək.

Vüqar Bayramov misal olaraq bildirib ki, əgər vətəndaşın sənədində torpaq sahəsi tikinti təyinatlı göstərilib, lakin dövlət bazasında həmin ərazi kənd təsərrüfatı torpağı kimi qeyd olunubsa, məsələni dəqiqləşdirmək üçün digər qurumlara sorğular göndəriləcək. Doğrulama aparıldıqdan sonra sənəd təsdiq olunarsa, həmin əmlak qeydiyyata alınacaq.

Deputat vurğulayıb ki, bu dəyişikliklər qeydiyyatsız evlərin sənədləşdirilməsi prosesində məlumatların dəqiqləşdirilməsinə, mülkiyyət hüquqlarının tanınmasına və qorunmasına xidmət edəcək.

Vüqar Bayramov, çıxarış almaq, sənədsiz evlər, daşınmaz əmlak qeydiyyatı, torpaq kadastrı, Nazirlər Kabineti qərarı, mülkiyyət hüququ, 15 günə qeydiyyat
Evinin sənədi olmayanlara vacib xəbər
Aynur Camal

Oxşar xəbərlər

Səudiyyə Ərəbistanı, Türkiyə və Pakistan qarşılıqlı müdafiə sazişi imzaladı

Aynur Camal

Prezident İlham Əliyev Media və Yayım Şurası ilə bağlı fərmanı təsdiqlədi

Aynur Camal

“Media haqqında” qanunlara dəyişiklik qəbul edildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu