27 C
Baku
27 İyul 2024, 3:37
Dünya

Eyfel qülləsi yaxınlığında tapılan 5 tabutun sirri açılıb

Fransanın paytaxtı Parisin simvolik abidələrindən biri olan Eyfel qülləsinin işçiləri şənbə günü strukturun yaxınlığında beş boş tabut tapıblar. Tabutların sirri açılıb.

Tabutların üzərində “Soldats français morts en Ukraine” (Ukraynada həlak olmuş fransız əsgərləri) sözləri yazılmış Fransa bayraqları olub.

Tabutları daşıyan “Ford” markalı mikroavtobusun sürücüsü Eyfel qülləsi yaxınlığındakı Alma körpüsündə polis tərəfindən yaxalanıb.

Bomba zərərsizləşdirmə qrupları və partlayıcılar üzrə ixtisaslaşmış itlər tərəfindən müayinə edildikdən sonra tabutların zərərsiz olduğu aydın olub. Daha sonra tabutlar və mikroavtobus 7-ci rayon polis bölməsinə aparılıb.

Polisdəki mənbənin bildirdiyinə görə, araşdırmalar nəticəsində hadisəni törətməkdə şübhəli bilinən iki nəfər Bersi avtobus terminalında Berlinə avtobusa minməyə hazırlaşarkən yaxalanıb.

Bolqarıstan, Almaniya və Ukraynada doğulmuş 3 nəfər “qəsdən zorakılıq” ittihamı ilə saxlanılıb. Mikroavtobusun sürücüsü sorğu-sual edildikdə, o, Eyfel yaxınlığında iki əcnəbi və beş tabutu endirmək üçün ona “40 avro pul ödədiyini” deyib.

Mayın 13-dən 14-nə keçən gecə Parisdəki Şoa abidəsinin üzərinə sprey boya ilə qırmızı əllər çəkilib və polis xaricə qaçan üç nəfərdən şübhələnib. Oktyabr ayında İsrail-Həmas müharibəsi başlayandan sonra Paris ərazisində bir çox binanın fasadlarına Davidin ulduzları sprey boya ilə vurulmuşdu.

Fransa hakimiyyəti moldovalı ər-arvadın tutulduğu bu hadisələrdə Rusiya təhlükəsizlik xidmətini (FSB) günahlandırıb.

Fransanın xarici işlər naziri Stéphane Séjourné keçən ay bildirib ki, hər iki halda “təqsirkarlara parçalanmalara oynamaq və Fransa cəmiyyətində sabitliyi pozmaq üçün pul verilib”.

Mənbə: Haber Global

Aynur Camal

Oxşar xəbərlər

Gürcüstanın hakim partiyasının fəxri sədrinə yeni səlahiyyətlər verildi

İntizar Əmirova

İmran Xanın həbsinin “qanunsuz” olduğuna qərar verildi

Aynur Camal

Ukrayna Silahlı Qüvvələrinin hərbçisi Donetsk yaxınlığında təslim oldu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu