Dünya

Əyləncə mərkəzində böyük yanğın! Ölkə ayağa qalxdı: 27 ölü 

Hindistanın Qucarat ştatında əyləncə mərkəzində baş verən yanğında 9-u uşaq olmaqla 27 nəfər ölüb.

Səlahiyyətlilər ölənlərin sayının arta biləcəyini bildirib. Hindistanın Qucarat əyalətinin Rajkot şəhərində əyləncə mərkəzində baş verən yanğın faciəyə çevrilib.

Nəhəng yanğında 9-u uşaq olmaqla ümumilikdə 27 nəfər həlak olub. Səlahiyyətlilər 8 nəfərin itkin düşdüyünü və ölənlərin şəxsiyyətinin DNT testi ilə müəyyən ediləcəyini açıqlayıb.

Yanğına 8 yanğınsöndürən maşınının müdaxilə etdiyi halda, ölənlərin sayının arta biləcəyi bildirilib.

Baş nazirin bəyanatı!

Hindistanın baş naziri Narendra Modi bildirib ki, yerli hökumət yanğından zərər çəkənlərə yardım göstərmək üçün əlindən gələni edir. Modi, “Yanğın fəlakəti üçün son dərəcə üzgünəm. Düşüncələrim yaxınlarını itirənlərlədir” deyib.

Baş nazir Bhupendra Patel yanğınla bağlı araşdırmanın Xüsusi İstintaq Qrupu (SIT) tərəfindən aparıldığını və hadisə ilə bağlı 2 nəfərin saxlanıldığını açıqlayıb.

Mənbə: TGRT

Aynur Camal

Oxşar xəbərlər

Hulusi Akar və Şoyqu arasında telefon danışığı baş tutub

Nigar Məmmədova

Netanyahu müharibəni bitirməkdən imtina edir

Aynur Camal

“Casus peyk buraxmağa hazırıq”

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu