Baş xəbərHadisə

Əyləncə məkanında baş verən yanğında 6 nəfər öldü

Bugun.tv xəbər verir ki, İspaniyanın cənub-şərqindəki Mursiya şəhərində səhər saatlarında əyləncə məkanında baş verən yanğında ilkin məlumata görə, 6 nəfər ölüb, 4 nəfər xəsarət alıb. Mursiya meri Xose Ballesta İspaniya mətbuatına verdiyi açıqlamada yanğının səbəbinin hələ müəyyən edilmədiyini açıqlayıb. Ballesta, 40-dan çox yanğınsöndürən işlədiyini və həyatını itirənlər üçün “böyük ağrı yaşadıqlarını” söylədi. Hadisə şahidləri bildiriblər ki, məkanda ad günü şənliyi keçirilib və içəridə qəfil yaranan alov və tüstü səbəbindən çaxnaşma yaranıb.

Müxbir: Şəms Elnurqızı

Bugün TV

Oxşar xəbərlər

Stress qocalmanı sürətləndirir: Xarici görünüş necə dəyişir?

Aynur Camal

Bakıda “InVision Design Talks BAKU 2026” tədbiri keçirilib

Aynur Camal

Ananın diqqəti faciənin qarşısını aldı

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu