25 C
Baku
27 İyul 2024, 3:59
Dünya

Fələstin bayraqları ilə Eurovisiona giriş qadağandır

Avropa Yayım Birliyi mayın 11-də İsveçin Malmö şəhərində keçiriləcək Eurovision Mahnı Müsabiqəsində Fələstin bayrağı ilə qonaqların içəri buraxılmayacağını açıqlayıb.

Avropa Yayım Birliyi (EBU) tərəfindən edilən açıqlamada mahnı yarışmasının keçiriləcəyi Malmö Arenaya Fələstin bayrağı və ya siyasi mesaj daşıyan pankartla girməyə cəhd edənlərin dayandırılacağı və onların Fələstin bayraqları və ya pankartları götürüləcək.

İsveç Fələstin Qrupundan verilən açıqlamada İsrailin mayın 11-də keçiriləcək Eurovision Mahnı Müsabiqəsində iştirakına Malmödə etiraz ediləcəyi bildirilib.

Açıqlamada “Soyqırımsız Mahnı Yarışması” adı altında keçirilən etiraz aksiyasında yerli sənətçilərin də çıxış edəcəyi qeyd edilib.

İsveç dövlət televiziyası SVT-nin xəbərinə görə, Malmö Polis İdarəsinin sözçüsü Nils Norling şəhərə 100 min nümayişçinin gələcəyini təxmin etdiklərini bildirib.

Nümayişlər zamanı hər hansı insidentin qarşısını almaq üçün geniş təhlükəsizlik tədbirləri görəcəklərini ifadə edən Norling, Norveç və Danimarkadan polis qruplarının dəstək üçün Malmöyə gələcəyini açıqlayıb.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

İsraildə koalisiya tərəfdaşı Şas Partiyası: Hökumət dağılmaq üzrədir

İntizar Əmirova

Paşinyan yalan məlumatlar verməyə davam edir

Nigar Məmmədova

Yol-nəqliyyat qəzası nəticəsində 8 nəfər öldü

İntizar Əmirova

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu