27 C
Baku
18 İyun 2025, 19:41
Dünya

“Fələstinli uşaqlar aclığa və döyülməyə məruz qalır”

Fələstinli Məhbuslar və Azad Edilənlər Şurası İsrailin Megiddo həbsxanasındakı fələstinli uşaqların çox ağır şəraitdə saxlanıldığını, aclıq və döyülmələrə məruz qaldığını, həmçinin müalicədən məhrum olduqlarını açıqlayıb.

Fələstin Azadlıq Təşkilatının Əsirlər və Azad Edilənlər Komitəsi açıqlamasında bildirib ki, Megiddo həbsxanasında əsir saxlanılan fələstinli uşaqlar qisasçı həbsxana rəhbərliyinin bir çox qeyri-insani hərəkətləri ilə üzləşirlər.

Komitə bildirib ki, vəkilləri Ramallahın şərqində yerləşən Məzrə əş-Şərqiyyə şəhərindən olan və təxminən bir ay əvvəl mühafizəçilərdən biri tərəfindən döş qəfəsi nahiyəsindən vurduğu zərbə nəticəsində qabırğası sınmış 15 yaşlı Cihad Mahir Hicazla görüşüb.

Mahir Hicaz vəkillərlə görüşdə “Zərbənin gücündən sümüyün yerindən çıxdığını hiss etdim. Heç bir müalicə almadım və sınığın sağalıb-sağlamadığını bilmirəm” deyib.

Həmçinin Ramallahın şərqindəki Silvad şəhərindən 30 sentyabr 2024-cü ildən həbsdə olan 19 yaşlı Evs Muhammed Taha Zeyb həyata keçirilən aclıq siyasəti nəticəsində 30 kilodan çox arıqladığını və müalicə olunmamış qaşınma xəstəliyinə tutulduğunu bildirib.

Qüdsün şimalındakı Kefr Akab qəsəbəsindən Əli Ziyab, “Yeməklər çox azdır və doyurmur. Bütün məhbuslar onlarla kilo arıqlayıblar. Biz adətən üç yemək saxlayırıq və günün sonunda bir yemək kimi yeyirik” deyib.

Fələstindəki Fəth Hərəkatı məhbuslara qarşı “fiziki məhv etmək cəhdlərinin və görünməmiş hüquq pozuntularının” olduğunu bəyan edib və beynəlxalq müşahidəçi heyətlərin İsrail həbsxanalarına göndərilməsini istəyib.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Məhkəmə sənətçini AUE matruşkasına görə ev dustağı etdi

Bugün TV

Kaliforniyada meşə yanğınları səbəbindən hansı ulduzlar evlərini itirdi?

Aynur Camal

Cənubi Amerikada 250 min ildir püskürməyən vulkanın sirri açılıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu