25 C
Baku
27 İyul 2024, 4:20
Dünya

Fəlakətin qarşısı son anda alındı!

Helikopter fırlandı və uçuş-enmə zolağından çıxdı. Hindistanın Uttarakhand əyalətində eniş edən helikopter idarəetməni itirərək uçuş-enmə zolağından kənar quruya enib. Hindistanın Uttarakhand əyalətinin Kadarnath şəhərində fəlakətin astanasının qarşısı alınıb. Himalay dağlarında Buddist məbədinə sərnişinləri daşıyan helikopter yerli vaxtla saat 07:00 radələrində uçuş-enmə zolağına enmək ərəfəsində idarəetmədən çıxıb.

Helikopter bir müddət öz ətrafında fırlandı və daha sonra pilotun manevri ilə uçuş-enmə zolağından təxminən 100 metr aralıda dağlıq əraziyə endi. Hadisədən sonra helikopterdə olan pilot və 6 sərnişinin səhhətinin yaxşı olduğu və vertolyotun quyruğunda kiçik zədələrin olduğu açıqlanıb.

Hadisə anının təhlükəsizlik kamerası görüntülərində helikopterin idarədən çıxdığını görən zabit və sərnişinlərin uçuş-enmə zolağından qaçmağa başladığı görülüb. Helikopter eniş etdikdən sonra zabitlər sürətlə helikopterə çatıblar.

Rudraprayag bölgə zabiti Saurabh Qaharvar hadisə ilə bağlı verdiyi açıqlamada, ilkin araşdırmalar nəticəsində helikopterin eniş zamanı mühərrikində texniki problemin olduğunun müəyyən edildiyini ifadə edərək, “Pilot soyuqqanlılığını qorudu və sürətli qərarı ilə böyük qəzanın qarşısını aldı”.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: İhlas Xəbər Agentliyi

Aynur Camal

Oxşar xəbərlər

Ə.Əlibəyli: “İranın məntiqi: Terror adlandırılması üçün səfir öldürülməli imiş”

Şükufə Ramizqızı

Sərnişinlərindən biri qəzadan bir saat sonra sağ olub

Aynur Camal

Şokoladın orta yaşlı qadınların xoşbəxtliyinə təsiri sübut olundu

Kəmalə Sultan

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu