Mədəniyyət

“Fəxrəddinlə görüşə bilməsək də, onu hər zaman çox sevmişəm, hörmət etmişəm”-FOTO

Uzun illərin tərəf müqabilləri olan Meral Konrat və xalq artisti Fəxrəddin Manafov haqda şayələr bitib-tükənmir. “Təhminə” filmindən başlayan dostluğun bir çoxları artıq bitdiyini deyib.
Meral Konrat Bugun.tv-yə bununla bağlı özəl açıqlama verib.
“Fəxrəddin mənim əziz və sevimli dostumdur. Onu hər zaman bir insan kimi sevmişəm, hörmət etmişəm. Bu münasibətin qarşılığını da ondan görmüşəm. Münasibətimiz bu gün də çox yaxşıdır. Fəxrəddinə mənimlə bağlı sual ünvanlasanız inanıram ki, o da ünvanıma gözəl sözlər söyləyəcək. Düzdür, uzun illərdir görüşmürük, amma münasibətimiz soyumayıb. Bəzi anlaşılmaz hadisələr belə bizim münasibətimizə son qoymadı. Hətta o vaxt filmdə Fəxrəddinin yerinə başqası çəkilirdi. Rasim Ocaqov həmin aktyoru bəyənmədi, Fəxrəddini dəvət etdi. Biləndə ki, Fəxrəddinlə çəkiləcəm, çox sevindim” deyə aktrisa bildirib.

Bugün TV

Oxşar xəbərlər

Hicran Fuad Əhmədlinin nəzm və nəsr əsərlərinin təqdimatı keçirildi

Aynur Camal

Moda dünyasında incəsənət və qeyri-adi formalar ön plana çıxır

Aynur Camal

Gəncə Dövlət Milli Dram Teatrında “İnsanlıq şərəfinə” tamaşasının premyerası keçirildi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu