19 C
Baku
8 Sentyabr 2024, 3:17
Baş xəbərDünya

Fələstin rəsmisi: “İsrail Qəzzada ailələrə qarşı 30-a yaxın qırğın törədib”

Bugun.tv xəbər verir ki, Qəzza zolağında HƏMAS-a bağlı hökumətin mətbuat xidmətinin rəhbəri Selame Maruf bildirib ki, “İsrail 7 oktyabrdan bəri Qəzza zolağında fələstinli ailələrə qarşı 30-a yaxın qətliam həyata keçirib”.

TRT Haber-in məlumatına görə, İsrailin hücumlarında 2 min 835 mənzilli 752 evin tamamilə dağıldığını bildirən Maruf, 32 min mənzilin böyük ziyan gördüyünü, 1791 mənzilin isə yaşayış üçün yararsız hala düşdüyünü bildirib. Bölgədə 42 dövlət mərkəzinin və onlarla ictimai obyektin dağıdıldığını bildirən Maruf “İsrail 9-u istismara verilmiş 89 məktəbin dağıdılmasına, 17 təhsil işçisi və 320-dən çox uşağın ölümünə səbəb olub” deyə qeyd edib. Hücumlarda İsrailin 11 məscidi, onlarla məscidi və tarixi ibadət yerini dağıtdığını ifadə edən Maruf, “İsrail Qəzzalı ailələrə qarşı 30-a yaxın qətliam həyata keçirdi. Çoxu qadın və uşaq olmaqla yüzlərlə insanın ölümünə səbəb oldu. sonuncusu “Hücum 31 şəhidin həyatına və onlarla yaralanmasına səbəb olan Şihab ailəsinə yönəldilib” idi. Hücumlardan sonra səhiyyə sistemində yaşanan problemləri xatırladan Maruf, “Xəstəxana və baxım çarpayılarının doluluq nisbəti yüzdə 100-ə çatıb. Tibbi ləvazimatlar da tükənmək üzrədir” dedi.

Müxbir: İntizar Əmirova

Bugün TV

Oxşar xəbərlər

Heydər Əliyev irsi Lordlar Palatasında anıldı

Aynur Camal

“Cəmiyyətdə əlilliyi olan şəxslərə göstərilən səhv davranışlara qarşı birgə mübarizə aparmalıyıq”

Elnarə Dərziyeva

Elçin Əmirbəyov: “Azərbaycanın antiterror tədbirləri yalnız legitim hərbi hədəflərə qarşı olub”

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu