Dünya

Fələstində öldürülən jurnalistlərlə bağlı veriliş başladı

Bugun.tv xəbər verir ki, Anadolu Nəşriyyatçılar Federasiyası (AYF) İsrailin hücumlarında həyatını itirən jurnalistlərin xatirəsini anmaq və hücumlara reaksiya vermək üçün İstanbulda 24 saat canlı yayıma başlayıb.

Sultanahmet Meydanında tarixi Alman Fəvvarəsinin yanında qurulan səhnəyə “Fələstində öldürülən jurnalistlər üçün keşik çəkirik” sözləri yazılıb.

Saat 14.00-da başlayan verilişdə ilk olaraq AYF prezidenti Sinan Burhan, “Akşam” qəzetinin yazarı Mustafa Kartoğlu və CNN Türk-ün aparıcısı Fulya Öztürk iştirak edib.

Anadoluda yayımlanan 20 televiziya kanalı və sosial media platformalarında canlı yayımlanacaq proqramda milli mətbuatdan çoxlu jurnalist iştirak edəcək.

Aynur Camal

Oxşar xəbərlər

Yatmazdan əvvəl yemək qaraciyər xəstəlikləri riskini artıra bilər

Aynur Camal

Süni intellekt detektorları yazıçıları haqsız yerə ittiham edir

Aynur Camal

Şimali Koreya Cənubi Koreya sərhədi boyunca təbliğat səsgücləndiricilərini işə salacaq

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu