16 C
Baku
16 Noyabr 2025, 3:57
Dünyaİdman

“Fənərbaxça” könüllüləri zəlzələdən zərərçəkənlərlə görüşdü

Bugun.tv xəbər verir ki, Türkiyənin “Fənərbaxça” futbol klubunun könüllüləri zəlzələdən zərərçəkənlərlə görüşüb. Onlar 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı tədbirləri çərçivəsində Hatayın Samandağ rayonunda uşaqlarla bir araya gəliblər.

Məktəbdə təşkil olunan tədbirdə fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələdə həyatını itirənlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. İstiqlal Marşı səsləndirilib.

Dərnəyin İdarə Heyətinin sədri Emrah Tünay çıxışında “Hatayspor” la birlikdə tədbirdə iştirak etməkdən məmnunluğunu dilə gətirib. O, 23 apreldə uşaqların yanında olmağın vacibliyini vurğulayıb. Böyük çətinliklərə baxmayaraq, uşaqların həyəcanının, gözlərindəki xoşbəxtliyin onları qürurlandırdığını söyləyib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

Meksika Trampın qoşun göndərmək təklifinə reaksiya verdi

Aynur Camal

Peskov: “Lukaşenkonun Çinə səfərinin Rusiya ilə əlaqəsi yoxdur”

Bugün TV

Kruiz gəmisi təhlükəli infeksiyaya görə karantinə alındı

Bugün TV

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu