25 C
Baku
27 Sentyabr 2026, 12:00
Dünyaİdman

Baş məşqçi vəzifəsini zəlzələdən zərər çəkən uşağa təhvil verdi

Bugun.tv bildirir ki, “Sivasspor”un baş məşqçisi Rıza Çalımbəy 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibəti ilə zəlzələdən sağ çıxan Abdullah Özkana təmsilçi olaraq vəzifəsini təhvil verib. Klubun inzibati meneceri Kerem Atılmaz da azyaşlı oğlana forma hədiyyə edib.

Komanda ilə məşqə çıxan Abdullah hisslərini dilə gətirib.

“Çox xoşbəxt idim. Arzum futbolçularla görüşmək idi, gerçəkləşdi. Burada çox gözəl anlar yaşadım. Futbolçularla tanış oldum, qardaşlarımı çox sevdim. Mənə bu imkanı verdiyi üçün Rıza Çalımbaya təşəkkür edirəm”, – o qeyd edib.Klubdan bildirilib ki, 10 yaşlı Abdullah Özkan fevralın 6-da Kahramanmaraşda baş verən zəlzələlərdən sonra ailəsi ilə birlikdə Malatyadan Sivasa gəlib.

Mənbə: TRT haber

Bugün TV

Oxşar xəbərlər

BMT: Dünyada 117 milyondan çox insan məcburi köçkün vəziyyətindədir

Aynur Camal

Haaretz: Netanyahu hökuməti İsrailin ABŞ-dakı nüfuzuna zərər vurub

Aynur Camal

Papa XIV Leo: Texnologiya insanın xidmətində olmalıdır

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu