Baş xəbərHadisə

Fabrikdə baş verən yanğının söndürülməsi davam edir – FOTO

Bugun.tv xəbər verir ki, İstanbul Başakşehir İkitelli Mütəşəkkil Sənaye Bölgəsindəki fabrikdə yanğın davam edir. Çox sayda komandanın müdaxilə etdiyi yanğın binada çökmələrə də səbəb olub.

Hadisə köhnə Turqut Özal küçəsində yerləşən 6 mərtəbəli fabrikdə baş verib. Gecə saatlarında İstanbul valisi Davud Gül və İstanbul polis rəisi Zəfər Aktaş bölgəyə gələrək araşdırmalar aparıblar. Rayon bələdiyyələri yanğınsöndürənlərə su çənləri ilə dəstək verirlər.

Qida, plastik, tekstil kimi müxtəlif məhsul və xammalın yerləşdiyi binanın son iki mərtəbəsində çökmələr baş verərkən, binanın dördüncü, beşinci və altıncı mərtəbələrinin bəzi hissələrində davam edən kiçik miqyaslı yanğınlar davam edir.

Xatırladaq ki, hadisə ötən gün axşam saat 18.00-da baş verib.

Mənbə: TRT Haber

Bugün TV

Oxşar xəbərlər

Ananın diqqəti faciənin qarşısını aldı

Aynur Camal

“Şəhərlər hamı üçün – heç kim kənarda qalmasın” mövzusunda tədbirlər keçiriləcək

Aynur Camal

İki xalqın qəhrəmanlıq simvolu – Albert Aqarunovun əbədiyaşar salnaməsi – FOTOLAR

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu