21 C
Baku
15 Mart 2025, 15:54
Dünya

Facebook və Instagram-a süni intellekt profilləri əlavə olunacaq

Meta-nın süni intellekt alətləri hazırlayan departamentinin meneceri Connor Hayes, süni intellekt tərəfindən hazırlanan profillərin yaxın gələcəkdə Instagram və Facebook-da üstünlük təşkil edəcəyini söylədi.

Meta süni intellekt sahəsində işini sürətini azaltmadan davam etdirir. Şirkətin süni intellekt alətləri hazırlayan departamentinin meneceri Connor Hayes, süni intellektlə hazırlanan profillərin yaxın gələcəkdə Instagram və Facebook kimi platformalarda üstünlük təşkil edəcəyini proqnozlaşdırıb.

SUNİ ZEKA PROFİLLƏRİNİN YÜKSƏLMƏSİ

Hayes, sosial media platformalarında süni intellektlə yaradılan profil və məzmunların getdikcə diqqət çəkdiyini və bu marağın artmağa davam edəcəyini bildirib.

Bu, süni intellektin sosial media ilə qarşılıqlı əlaqəni necə dəyişə biləcəyi ilə bağlı mühüm suallar doğurur.

Meta-nın keçmiş məzmun yaratma innovasiya qrupunun rəhbəri Becky Owen qeyd edir ki, AI profilləri bəzi risklər daşıyır.

Owen xəbərdarlıq edir ki, sosial media platformaları süni intellekt profillərinə qarşı adekvat tədbirlər görməsə, dezinformasiya və spam məzmunu geniş yayıla bilər. Meta, süni intellektlə istehsal edilən məzmunun etiketlənməsi kimi ehtiyat tədbirləri görür. Lakin bu alətlər hələ mükəmməl deyil və süni intellektin yaratdığı məzmunu aşkar etməkdə çətinliklər ola bilər.

Süni intellekt texnologiyalarının inkişafı sosial media platformalarının gələcəyini də formalaşdırır.

Süni intellekt profillərinin və məzmununun yayılması sosial medianın qarşılıqlı əlaqəsini və məzmun yaradılmasını kökündən dəyişə bilər.

Mənbə: EnSonHaber

Aynur Camal

Oxşar xəbərlər

Leysan yağışların səbəb olduğu daşqın və torpaq sürüşmələri 115 nəfərin həyatına son qoydu

Aynur Camal

İran İsrailin gözlənilən cavab tədbirinə qarşı hərbi plan hazırlayır

Aynur Camal

Almaniya İsrailə münasibətini dəyişir

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu