Dünya

Seneqal 2025-ci ildə ölkəyə fransız əsgərlərini göndərəcək

Seneqal prezidenti Bassirou Diomaye Faye bildirib ki, ölkədəki bütün xarici hərbi mövcudluq bu il ərzində sona çatacaq. Prezident Fey Yeni il münasibətilə milli müraciətində ölkənin gündəliyi ilə bağlı açıqlamalar verib.

Seneqalın müstəqil ölkə olduğuna diqqət çəkən Faye, müstəqil bir ölkədə heç bir xarici əsgərin olmaması lazım olduğunu bildirib.

“Mən Silahlı Qüvvələr nazirinə 2025-ci ilə qədər ölkədə bütün xarici hərbi mövcudluğun dayandırılmasına imkan verəcək yeni doktrina hazırlamağı tapşırmışam”, – Faye bildirib. Prezident Faye daha əvvəl ölkədəki Fransa hərbi bazasının bağlanmalı olduğunu desə də, tarix açıqlamamışdı.

Seneqalda qoşunları olan yeganə xarici qurum olan Fransanın ölkədə daimi bazası və təxminən 350 əsgəri var.

Mənbə: TrtHaber

Aynur Camal

Oxşar xəbərlər

Alimlər 40 yaşdan sonra gəncliyi qorumağa kömək edən 5 vərdişi açıqladı

Aynur Camal

Süni intellekt alimlərin 10 ilə yaxın araşdırdığı hipotezi 48 saata tapdı

Aynur Camal

Çin Arktik üzərindən Avropaya ilk müntəzəm yükdaşıma marşrutunu başladıb

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu