25 C
Baku
20 Sentyabr 2026, 18:25
Digər

FAO ərzaq qiymətlərinin son indeksini açıqladı

Birləşmiş Millətlər Təşkilatının Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) bu ilin iyul ayı üçün ərzaq qiymətləri indeksini açıqlayıb.

Bugun.tv təşkilatın saytına istinadla xəbər verir ki, iyul ayında dünya üzrə ərzaq məhsullarının qiymətləri orta hesabla 130,1 bənd təşkil edib ki, bu da əvvəlki ayla müqayisədə 1,6 faiz artım deməkdir.

Aylıq artıma baxmayaraq, indeks 2024-cü ilin iyul ayında qeydə alınan səviyyədən 7,6 faiz yüksək olsa da, 2022-ci ilin mart ayında ərzaq qiymətlərinin pik nöqtəsindən 18,8 faiz aşağıda qalıb.

İndeks qlobal miqyasda ticarət edilən bir sıra ərzaq mallarının beynəlxalq qiymətlərində aylıq dəyişiklikləri izləyir. Hesabatda bildirilir ki, iyul ayında ət və bitki yağında qiymət artımı dənli bitkilər, süd məhsulları və şəkər indekslərində olan ucuzlaşmanı daha çox əvəzləyib.

Mənbə: AZƏRTAC

Bugün TV

Oxşar xəbərlər

Tramp: ABŞ Hormuz boğazı üzərində tam nəzarətə sahibdir

Aynur Camal

İran 15.000 raket və 45.000 dron saxladığını açıqladı, Tramp ultimatum verdi

Aynur Camal

Dünyanın ən məşhur 10 kitabı – Dünya ədəbiyyatının ölməz inciləri

Elnarə Dərziyeva

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu