Bugun.tv xəbər verir ki, Böyük Britaniyanın sağçı populist Reform UK Partiyasının lideri Naycel Faraj Endi Börnemin ölkənin yeni baş naziri təyin olunmasını kəskin tənqid edərək bunu “çevriliş” adlandırıb və mümkün qədər tez növbədənkənar ümumi seçkilərin keçirilməsinə çağırıb.
Faraj The Daily Mail qəzetində dərc olunan məqaləsində bildirib ki, Endi Börnem qısa müddət ərzində heç bir seçki keçirilmədən baş nazir postuna gəlib. Onun sözlərinə görə, bu proses demokratik prinsiplərə uyğun deyil və ölkədə dərhal ümumi seçkilər keçirilməlidir.
56 yaşlı Endi Börnem iyulun 17-də rəqibsiz şəkildə Leyboristlər Partiyasının lideri seçilib. İyulun 20-də isə o, baş nazir vəzifəsinin icrasına başlayıb. Börnem bu postda yerli və regional seçkilərdə Leyboristlər Partiyasının uğursuz nəticələrindən sonra istefa verən Kir Starmeri əvəz edib.
YouGov tərəfindən keçirilən son ictimai rəy sorğusuna əsasən, hazırda Böyük Britaniyada ən yüksək dəstəyə 25 faizlə Reform UK Partiyası malikdir. Mühafizəkarlar Partiyasını respondentlərin 20 faizi, Leyboristlər Partiyasını isə 19 faizi dəstəkləyir. Yaşıllar Partiyası 14 faiz, Liberal Demokratlar isə 12 faiz dəstək qazanıb.
Qeyd olunur ki, qanunvericiliyə əsasən, Böyük Britaniyada növbəti ümumi parlament seçkiləri 2029-cu ilin avqust ayından gec olmayaraq keçirilməlidir.
Mənbə: TASS

