Dünya

Festivalda tamaşaçıların üzərinə raket düşdü! Çoxlu yaralı var

Taylandda yerli raket festivalında fəlakət baş verib. Əl istehsalı raketlərdən birinin tamaşaçıların olduğu əraziyə düşməsi nəticəsində 15 nəfər xəsarət alıb. Dəhşətli hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Taylandın Roi Et əyalətində baş verən hadisədə buraxılış zamanı yaranan texniki nasazlıq nəticəsində 2 metrlik raket idarəetmədən çıxaraq tamaşaçıların şounu izlədiyi əraziyə düşüb.

Qəzada 4-ü ağır olmaqla azı 15 nəfər yaralanarkən, yaralılar hadisə yerinə gələn sağlamlıq qrupları tərəfindən bölgədəki xəstəxanalara çatdırılıb. Hadisənin baş verdiyi anlar şounu izləyən bəzi iştirakçılar tərəfindən lentə alınarkən, görüntülərdə raketin buraxılış meydançasında sıxışdığı və daha sonra kütləyə tərəf döndüyü və çaxnaşmaya səbəb olduğu görünürdü. Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

Mənbə: Ahaber

Kəmalə Sultan

Oxşar xəbərlər

Tayvanda Panasonic zavodunda yanğın: iki nəfər öldü, beş nəfər yaralandı

Aynur Camal

Dünyada 90 milyon məcburi köçkün iqlim təhlükələri ilə üz-üzədir

Aynur Camal

İran ABŞ-a nüvə proqramı ilə bağlı yeni təklif göndərdi

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz.Qəbul edinƏtraflı Oxu