14 C
Baku
22 Noyabr 2024, 7:05
Baş xəbər

FHN – əhalini təhlükəsizlik qaydalarına riayət etməyə çağırır

Bugün.tv Fövqəladə Hallar Nazirliyidən aldığı məlumata görə, əhaliyə müraciət edərək, gözlənilən hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırır.

Qeyd edilib ki,  sentyabrın 23-dən 24-nə keçən gecədən başlayaraq tədricən ayın 26-dək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, ayrı-ayrı yerlərdə güclü külək əsəcəyi, şimşək çaxacağı, fasilələrlə yağış yağacağı, bir sıra ərazilərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

“Gözlənilən güclü küləklə əlaqədar yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur.

Güclü külək zamanı baş verən yanğının sürətlə yayılma riskini nəzərə alaraq, yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir.
Bundan əlavə, yağıntıların səbəb ola biləcəyi daşqın və seldən qorunmaq üçün daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.
Həmçinin, ildırımla bağlı təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, hündür ağacların altında daldalanmamaq və bu məqsədlə nisbətən çökək yer seçmək, avtomobildə olduqda isə hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.
Unutmayın: Qaydalara biganəlik – həyatımıza təhlükədir!
Təhlükə zamanı 112-yə zəng edin”!- Fövqəladə Hallar Nazirliyi.
Aynur Camal

Oxşar xəbərlər

Fuad Şükürün öldürülməsinə Hizbullahdan ilk cavab gəldi

Aynur Camal

Molla rejiminin başçısının fotosu flaş oldu

Aynur Camal

Yolu bağladılar, şəxsiyyət vəsiqələrini yoxladılar və çoxlu sərnişin və sürücüləri öldürdülər!

Aynur Camal

Bu veb sayt təcrübənizi yaxşılaşdırmaq üçün kukilərdən istifadə edir. Güman edirik ki, bununla razısınız, lakin istəsəniz, imtina edə bilərsiniz. Qəbul edin Ətraflı Oxu