Xarici İşlər Nazirliyidən aldığmız məlumata görə, Pakistanın sədrliyi ilə keçirilmiş görüşdə nazir Ceyhun Bayramov çıxış edərək müsəlman dünyasının bir çox yerlərində artan qeyri-sabitlik və toqquşmalardan ölkəmizin narahatlığı diqqətə çatdırılıb.
“Azərbaycan Respublikası İslam həmrəyliyinə sadiqliyi, insanlığın inkişafı və rifahı naminə hər zaman əbədi islami dəyərlər olan sülh, tolerantlıq, birlik, harmoniya və ədalət istiqamətində çalışır”- deyə Ceyhun Bayramov çıxışında vurğulayıb.
Eyni zamanda ölkəmizin multikulturalizm və dinlərarası dialoqa verdiyi töhfələr barədə məlumat verilib, bu xüsusda 2008-ci ildən fəaliyyət göstərən Bakı Prosesinin əhəmiyyəti vurğulanıb.
Nazir Ceyhun Bayramov Ermənistanın Azərbaycan ərazilərinin işğalı və post-münaqişə dövründə İƏT-in ölkəmizə göstərdiyi geniş və davamlı dəstəyə görə təşəkkür edib. Azərbaycan bölgədə sülh və sabitliyin təmin edilməsi istiqamətində addımları barədə məlumat verilib.